featured-image-41865

İspaniyanın “Real” komandasının məğlubiyyətsiz oyunlar seriyası 20 matça çatıb.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi son olaraq İspaniya Superkubokunun yarımfinalında “Atletiko”ya 5:3 hesabı ilə qalib gəlib.

“Real” sonuncu dəfə ötən il sentyabrın 24-də rəsmi oyunda uduzub. Bu, İspaniya çempionatında “Atletiko” ilə oyunda baş verib – 1:3.

“Real”növbəti matçını yanvarın 14-də keçirəcək. Səudiyyə Ərəbistanında Ançelottinin komandası İspaniya Superkubokunun final oyununda mübarizə aparacaq. Madrid klubu “Barselona” – “Osasuna” cütünün qalibi ilə qarşılaşacaq.

Bənzər xəbərlər