featured-image-46125

“Bayer” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.

Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Almaniya Kubokunun yarımfinal mərhələsində “Fortuna”ya 4:0 hesabı ilə qalib gəlib.

Bu, Xabi Alonsonun yetirmələrinin cari mövsüm bütün turnirlərdə 40-cı görüşü olub. Bunun 35-də qələbə qazanan “Bayer” digər 5 qarşılaşmada heç-heçə edib. Komanda sonuncu dəfə 2023-cü ilin mayında məğlub olub.

Qeyd edək ki, “Bayer” növbəti oyununu aprelin 6-da “Union”a qarşı keçirəcək.

Bənzər xəbərlər