featured-image-41956

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah karyerası ilə bağlı qərar verib.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Fransua Plato sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, təcrübəli hücumçu Mersisayd təmsilçisi ilə müqavilənin müddətini uzadacaq. Artıq yeni sözləşmənin şərtləri razılaşdırlıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un uğurları üçün çalışır. Misirli forvard cari mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər