Məhəmməd Salah PSJ-yə keçə bilər
Misir millisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmmdə Salah karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Paris təmsilçisi 32 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Təcrübəli oyunçu cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.