Meksika Millətlər Liqasının qalibi oldu
KONKAKAF Millətlər Liqasına yekun vurulub.
Msport.az xəbər verir ki, son gündə final və 3-cü yer uğrunda oyun keçirilib.
ABŞ-da təşkil edilən həlledici matçda Meksika və Panama üz-üzə gəlib. Raul Ximenesin dublu meksikalılara çempionluq qazandırıb – 2:1. 3-cü yer uğrunda qarşılaşmada Kanada ABŞ-dan güclü olub.
KONKAKAF Millətlər Liqası
Final
Meksika – Panama – 2:1
Raul Ximenes, 8, 90+2 (pen.) – Karrasquilla Alkazar, 45+2 (pen.)
3-cü yer uğrunda oyun
Kanada – ABŞ – 2:1
Tanitoluva Oluvaseyi, 27, Conatan David, 59 – Patrik Aqyemanq, 35