featured-image-82157

Bu gün Kipr Superkubokunun final oyunu keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi “Pafos” klubu həlledici qarşılaşmada “Omoniya” ilə üz-üzə gəlib.

Matç “Pafos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 74-cü dəqiqədə “Pafos”un futbolçusu Lele vurub.

Qeyd edək ki, Murad bu matçın iştirak ərizəsində yer almayıb.

Bənzər xəbərlər