Məmmədyarov heç-heçə ilə başladı
Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.
Msport.az xəbər verir ki, B qrupunda yer alan qrossmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçə başa çatıb.
Qrup mərhələsində bütün iştirakçılar bir-biri ilə iki partiya oynayacaq. Yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.