featured-image-24504

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın “Liverpul”a 0:7 hesablı məğlubiyyətini şərh edib. Msport.az xəbər verir ki, “Yunayted”də 326 oyun keçirmiş irlandiyalı futbolçu “Sky Sports”un efirində belə deyib:

“Əgər mən 0:6 və ya 0:7 hesabı ilə uduzsaydım, gizlənərdim. Bir neçə aylıq yoxa çıxardım, gözə dəyməzdim. Bax bu qədər utancvericidir”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul” öz meydanında “Mançester Yunayted”in qapısından  7 cavabsız top keçirib. Bu “qırmızı şeytanlar”ın son 92 ildə ən böyük hesablı məğlubiyyəti olub.

ANAR ABDULLAYEV   

Bənzər xəbərlər