"Mən günahkar deyiləm" - Yozef Blatter
FİFA-nın sabiq prezidenti Yozef Blatter İsveçrə məhkəməsində ifadə verib. Msport.az xəbər verir ki, 88 yaşlı futbol mütəxəssisi maliyyə fırıldaqlarında ittiham edilir.
Blatter 2022-ci ildə bəraət alsa da, İsveçrə Federal prokuroru apellyasiya verib.
“Siz yalan və saxtakarlıqdan danışırsınızsa, bu, mən deyiləm. Həyatım boyu belə şey etməmişəm. Bizim ailədə bir prinsip var idi, yalnız qazandığımız pulları götürürük. Mən günahkar deyiləm” – Blatter belə deyib.
Xatırladaq ki, Blatter və UEFA-nın sabiq prezidenti Mişel Platini saxtakarlıqda ittiham olunublar. Lakin məhkəmə onların hər ikisinə bəraət vermişdi.