featured-image-22518

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yenidən yaşıl meydanlarda öz bacarığını göstərmək istədiyini deyib.

Msport.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, isveçli futbolçu hələ də özünü dünyanın ən yaxşı oyunçusu hesab etdiyini bildirib:

“Mən hələ də Allaham, nömrə birəm. Mən qayıtdım və musiqi dəyişir. Yeddi-səkkiz ay ərzində məhrum olduqlarımı indi həyata keçirmək istəyirəm, odur ki, çox istəkliyəm. Mən vaxt itirdim.

Tənqid? Bu normaldır. Çünki səni tənqid etmirlərsə, deməli,  zirvədə deyilsən. 25 ildir tənqid edirlər ki,mən nömrə birəm. Buna öyrəşmişəm.  Məni tənqid eləmək ocağa benzin tökmək kimi bir şeydir. Sən odla oynayanda yanırsan. Mən hələ də özümü Allah kimi hiss edirəm, heç nə dəyişməyib”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər