featured-image-26386

PSJ-nin mərakeşli futbolçusu Əşrəf Hakiminin keçmiş həyat yoldaşı Xiba Abuk onların ayrılmasından sonra açıqlama verib.

Msport.az xəbər verir ki, müdafiəçi zorlamada ittiham olunduğu üçün Fransa prokurorluğu onun haqqında araşdırma aparır.

Abuk bildirib ki, onların ayrılığının bu məsələyə aidiyyatı yoxdur:
“Mən yayılmış deziinformasiya ilə bağlı bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzi özəl məsələlərdə bəlkə də susmaq yaxşı olar. Lakin öz mövqeyimi ortaya qoymalıyam.

Mən və uşaqlarımın atası bir müddətdir ki, münasibətlərimizə son vermək qərarına gəlmişik. Bu hadisə prokurorluğun araşdırmasından əvvəl baş verib. Kim bilərdi ki, bu cür ağrıverici ayrılıqdan sonra belə bir rüsvayçılıqla da üzləşəcəyik.
Mən hər hər zaman qurbanın tərəfində olacam. İttihamın ciddi olduğunu nəzərə alıb ədalət məhkəməsini gözləməliyik.

Xahiş edirəm, mənim və uşaqlarımın şəxsi həyatına hörmətlə yanaşasız. Dəstəyə görə, təşəkkür edirəm”.

ANAR

Bənzər xəbərlər