featured-image-16782

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Norveç yığmasını seçməsindən danışıb.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, futbolçu İngiltərə millisi ilə bağlı fikrini bildirib. Haaland İngiltərənin Lids şəhərində anadan olub. O, İngiltərə millisini seçə bilərdizmi” sualını belə cavablandırıb:

“Mən İngiltərədə 3,5 il, ya 4 il yaşamışam. Norveçdə isə daha çox yaşamışam. Odur ki, Norveçi seçməyim təbiidir.

Əgər atam İngiltərədə daha çox oynasaydı, bilmirəm hər şey necə olardı. Ola bilsin ki, ingiltərəliyə çevrilərdim o zaman. Lakin mən norveçliyəm və bununla qürur duyuram”.

22 yaşlı futbolçu yığmada keçirdiyi 23 oyunda 21 qol vurub.

 

Bənzər xəbərlər