"Mən öz klubumu tanıya bilmirəm" - Didye Droqba
“Çelsi”nin əfsanəsi Didye Droqba London klubunun transfer siyasətini tənqid edib. Msport.az xəbər verir ki, o, Tedd Bouli dönəmində bir çox səhvlərə yol verildiyini bildirib:
“Mən öz klubumu tanıya bilmirəm. Bu artıq əvvəlki komanda deyil. Yeni rəhbər var, yeni strategiya həyata keçirilir.
Əlbəttə, biz Roman Abramoviçin dövrü ilə müqayisə aparmağa çalışırıq. Həmin vaxt çoxlu futbolçular alınırdı, lakin onda çox ağıllı qərarlar verilirdi. Peter Çex, Andrey Şevçenko, Ernan Krespo, Maykl Essyen, Didye Droqba, Floran Maluda kimi futbolçularla müqavilə bağlayırdılar.
Bütün bunlar titul qazanmaq üçün edilirdi. Təcrübəsi olan oyunçular idi.
İndi fərqli strategiya yeridilir. Daha çox gənc futbolçulara üstünlük verilir. Lakin heyətdə 30-dan çox oyunçu olanda baş məşqçiyə paltardəyişmə otağını idarə etmək çətin olur”.
ANAR ABDULLLAYEV