"Mən qalmaq istəyirdim" - İstefaya göndərilən Spalletti
İtaliya milli komandasının baş məşqçisi Luçano Spalletti istefaya göndərilməsinə münasibət bildirib. Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis işinə davam etmək niyyətində olub:
“İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə görüşdük və mənə istefaya göndəriləcəyimi dedi. Mən qalmaq istərdim, lakin istefaya göndərildim. Bunu qəbul etmək məcburiyyətində idim. Moldova ilə oyunda texniki zonada olacam, sonra isə müqaviləni pozacağıq”.
Qeyd edək ki, İtaliya dünya çempionatının seçmə mərhələsində səfətdə Norveçə 0:3 hesabı ilə uduzduqdan sonra Spalletti istefaya göndərilib.