Mendi 3 klubun maraq dairəsindədi
Eduard Mendi bu yay “Çelsi”ni tərk edəcək.
Msport.az xəbər verir ki, qolkiper London təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettinonun planlarına daxil deyil. 31 yaşlı futbolçuyla “Monako”, “Nitsa” və “Əl-Hilal” maraqlanır.
Qeyd edək ki, Mendi 2020-ci ildən “zadəganlar”ın şərəfini qoruyur. O, son mövsüm ərzində cəmi 12 oyunda iştirak edib.
Royal Türksoy







