featured-image-56787

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim İngiltərə klubuna təyinatından danışıb.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis danışıqların çox sürətlə getdiyini və qısa zamanda qərar qəbul etdiyini bildirib.

“Mənə dedilər ki, ya indi, ya da heç vaxt. Həyatımı radikal şəkildə dəyişdirəcək qərarı vermək üçün cəmi 3 gün vaxtım var idi. Başqa təkliflər də almışdım. “Sportinq”in prezidenti Uqo Viana da bunu təsdiqləyə bilər. Bu, mənə gələn nə ilk, nə də son təklif idi. Mançesterə getməyi çox istəyirdim. İrəliyə doğru addım atmağın vaxtı çatmışdı. Çətin olsa da, bunu etməli idim. Özümü qurban vermək fikrində deyiləm. Bütün bu müddət ərzində neytral tərəfdə olan yeganə şəxs mən idim. Məsələ klublar arasında razılaşdırılmalı olduğu üçün təyinatı vaxtından əvvəl açıqlamadım”.

Qeyd edək ki, “Mançester Yunayted” Ruben Amorimlə 2027-ci ilin yayınadək müqavilə imzalayıb. Mütəxəssis bu vəzifədə Erik ten Haqı əvəzləyib.

Bənzər xəbərlər