featured-image-48595

“Barselona”nın sabiq baş məşqçisi Xavi istefaya göndərilməsinə münasibət bildirib. Msport.az xəbər verir ki, o, İspaniya La Liqasının 38-ci turunun “Sevilya” ilə oyundan qabaq bu haqda danışıb:

“Dünən biz prezidentlə danışdıq. Onun fikrincə, baş məşqçi postunda dəyişiklik olmalıdır. Mənə yalnız bu qərarla barışmaq qaldı. Çünki klubda bütün qərarları o verir. “Barselona” mənim üçün hər zaman doğma ev olacaq. Bir-birimizin əlini sıxıb uğurlar arzuladıq. Bundan sonra “Barselona”nın daha bir azarkeşi olacam”.

Qeyd edək ki, “Barselona”nın prezidenti Joan Laporta Xavinin heyətlə bağlı artan tələblərinə görə onu istefaya göndərib.

Bənzər xəbərlər