featured-image-24526

“Selles Azərbaycanda olanda eşitmişdim ki, futbolçular onun rəhbərliyi altında böyük uğurlar qazanıblar”.

Msport.az xəbər verir ki, bunu vaxtilə “Neftçi”də çıxış etmiş bir neçə futbolçunun agenti olan Aleksandr Buberman deyib.

O, bildirib ki, hazırda İngiltərənin “Sauthempton” klubuna rəhbərlik edən Ruben Selles xırda detallara dərhal diqqət yetirir və işini inanılmaz dəqiqliklə yerinə yetirirdi: “O, yeni kluba gəlsə də, yenə də təhsilini davam etdirmək istəyirdi. Sellesin Azərbaycan klubunda macərası cəmi iki il yarım davam etsə də, bu, onun karyerasında indiyə qədərki ən uzun dövr oldu”.

Qeyd edək ki, Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

CAHİD

Bənzər xəbərlər