featured-image-24436

Roberto Firminonun meneceri Rocer Vittmann hücumçunun “Liverpul”dan gedəcəyini təsdiqləyib. Msport.az xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonunda İngiltərə klubunu tərk edəcək:

“Bizim yaxın vaxtla bağlı planımız odur ki, Roberto özünü mövsümün sonuna kimi “Liverpul”da yaxşı tərəfdən göstərsin və vidalaşsın. O, dedi ki, heç kimlə danışıq aparmaq istəmir, bunun anlamı yoxdur. Firmino bildirdi ki, bu qərar klubla birgə verilib.

Həyatımda birinci dəfədir ki, o, azad agent ola bilər. “Liverpul” ona vaxt verib, heç bir təzyiq yoxdur. O, heç vaxt digər klublarla danışıq aparmağımı istəməyib. Firmino sadəcə öz yolunu tapmaq istəyirdi. Bu adi biznesdən çox uzaq məsələdir”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər