featured-image-34166

“Milan”a keçən Samuel Çukvueze təəssüratlarını bölüşüb. Msport.az xəbər verir ki, nigeriyalı hücumçu İtaliya təmsilçisinə “Vilyarreal”dan transfer olunub. Onun müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub.

Bu müqavilə İtaliya klubuna 20+8 milyon avroya başa gəlib.

“Eşidəndə ki, “Milan” məni transfer etmək istəyir çox xoş hisslər keçirdim. Bir qədər həyəcanlandım.

Azarkeşlər mənə bütün sosial şəbəkələrdə yazırdılar və “Milan”a keçməyimi istəyirdilər. Klubun fanatları çox möhtəşəmdirlər.

Menecerim deyəndə ki, “Milan” mənimla maraqlanır, elə bildim zarafat edir. Sonra o mənə müqavilənin surətini göndərdi və düşünmədən razılıq verdim”.

ANAR

Bənzər xəbərlər