featured-image-22757

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcək taleyindən danışıb. Msport.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis klublararası dünya çempionatından sonra dikirlərini bildirib:

“Məni qovmayana qədər heç hara gedən deyiləm”.

63 yaşlı məşqçinin müqaviləsi 2024-cü ilin iyununa kimi nəzərdə tutulub. Onun Braziliya millisini çalışdıra biləcəyi haqqında xəbərlər yayılmışdı.

20 oyundan sonra Madrid klubu “Barselona”dan 8 xal geri qalaraq La Liqada 2-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər