featured-image-16059

“Mançester Yunayted”in əfsanələrindən Hari Nevill “Tottenhem”lə matçdan sonra Kriştiano Ronaldonu kəskin tənqid etmişdi. Heyətə düşməyən portuqaliyalı futbolçu texniki zonanı vaxtından əvvəl tərk etmişdi. Nevill isə “Mançester Yunayted” rəhbərliyinə “7 nömrə” ilə müqavilənin pozulmasını məsləhət görmüşdü.

Msport.az xəbər verir ki, Portuqaliya millisinin lideri Sky Sport-da ekspert olan veteran futbolçunun tənqidini cavabsız qoynayıb. “Vest Hem”lə oyundan əvvəl Ronaldo hamı ilə görüşsə də, Nevillə tərəf baxmayıb.

“Sən şadsan ki, səni rədd etdilər? Bu o deməkdir ki…” replikasını “Mançester Yunayted”in sabiq futbolçusu belə cavablandırıb:

“Bu o deməkdir ki, o mənim çıxışıma baxıb. Hərçənd mənim sosial şəbəkələrdə 570 milyon izləyicim olsaydı, vecimə də olmazdı Hari Nevill orda nə danışır”.

Bənzər xəbərlər