featured-image-24720

PSJ-nin baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının 1\8 final mərhələsinin cavab oyununda “Bayern Münhen”ə məğlubiyyəti şərh edib.

Msport.az xəbər verir ki, franslı mütəxəssis 2-ci hissədə axmaq qol buraxdıqlarını bildirib:

“Üstünlüyə malik olanda bilmirdik, necə qol vuraq. İlk hissəni yaxşı keçirdik, qol vəziyyətləri yaratdıq. Rəqiblə başa-baş oynayırdıq, irəlidə təhlükə yarada bilirdik.

Lakin ikinci hissədə axmaq qol buraxdıq. Bu səviyyədə diqqətli oynamaq lazımdır.

Bilmirəm, bu bizə dərs olmalıdır, ya yox, ancaq dəqiq olan odur ki, məyusluq var. Hesabı biz açsaydıq, oyun başqa cür gedərdi.

Hamı məyusdur, ilk növbədə də mən. Cavab matçına böyük ümidlər bəsləyirdik.

Mənim gələcəyim barədə danışmaq hələ tezdir. Əlbəttə ki, hər şey prezidentdən, rəhbərlikdən asılı olacaq”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər