Mərakeş millisinin 1 illik seriyası
Yoldaşlıq görüşündə Beninə 1:0 hesabı ilə qalib gələn Mərakeş millisi qələbə seriyasını 12 oyuna çatdırıb.
Msport.az xəbər verir ki, Əşrəf Hakimi və komanda yoldaşlarının uğurlu çıxışı bir il əvvəl başlayıb.
Komandanın məğlubiyyətsiz seriyası isə 14 matça çatıb.
Qeyd edək ki, bu qələbələr sayəsində Mərakeş FIFA-nın son reytinqində 12-ci pillədə qərarlaşıb.