featured-image-17189

Futbol üzrə Gürcüstan yığması bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, sözügedən komanda Mərakeş yığması ilə üz-üzə gəlib və 0:3 hesablı məğlubiyyətə üzülüb.

Bu oyunda Azərbaycan Premyer Liqasında mübarizə aparan iki futbolçu da forma geyinib. Belə ki, Gürcüstan yığmasının start heyətində “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya, həmçinin “Sabah”ın yarımmüdafiəçisi Davit Volkov ilk dəqiqələrdən meydanda olub. Volkov 62-ci, Kvirkveliya isə 78-ci dəqiqədə əvəzlənib.

Bənzər xəbərlər