Merih Demiral Səudiyyə Ərəbistanı klubuna keçdi
“Atalanta”nın futbolçusu Merih Demiral “Əl-Əhli”yə transfer olunub.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 25 yaşlı müdafiəçi üçün 20 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Demiral 2022-ci ildən “Atalanta”da çıxış edirdi.
Royal Türksoy