featured-image-12722

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Azərbaycan Premyer Liqasının 6-cı turunun mərkəzi oyunu olan “Qarabağ” – “Sabah” (4:3) görüşünə niyə İnqilab Məmmədovu təyin etməsinə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, liderlərin qarşılaşmasında Məmmədov referi, FİFA hakimi Əliyar Ağayev isə VAR-da olub. Bir çox mütəxəssislərin sözlərinə görə, daha təcrübəli Ağayev bu oyunu həmkarından yaxşı idarə edə bilərdi:

“Bu sualı cavablandırmağa məcburammı? Düzü bilmirəm. Çempionatda bu komandalar dörd dəfə bir-birləri ilə qarşılaşırlar. Bütün oyunları Əliyara verəcəyik? Bu komandalar bundan sonra hələ 3 dəfə də üz-üzə gələcəklər. Bunu Əliyara verək, ikincini Əliyara, üçüncünü Əliiyara? Bunun da bir strategiyası var. Növbəti dövrələrdə daha çətin matçlar olacağını gözləyirik. Bir şeyi də deyim ki, İnqilab çox yaxşı hakimdir. Buna heç bir şübhəm yoxdur. Bu oyunu idarə etmək də haqqı idi, mən ona vermədim. Haqqı idi, aldı”.

Türkiyəli mütəxəssis “Qarabağ” – “Sabah” qarşılaşmasında hakimlərin nəticəyə təsir edən səhvə yol vermədiklərini bildirib: “Bu, nəticəyə təsir edən səhv sayılmır. Qiyməti də elə deyil. Hakimin qiymətləndirməsində də nəticəyə təsir edən səhv kimi nəzərə alınmır. Səhv varmı? Var. Önəmli səhvdirmi? Önəmlidir. Bizi üzən, məyus edən xətadır. Kaş ki, baş verməyəydi. Amma zamanı geri qaytarmaq imkanımız yoxdur. Namik Hüseynov çox təcrübəli laysmandır. Mən onunla matça çıxdım. 2013-də Macarıstanda o mənim köməkçim olub”. (CBC Sport)

Bənzər xəbərlər