featured-image-49501

“Everton” müdafiəçisi Şeymus Koulmen ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı irlandiyalı 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

“Everton”un mənim üçün nə demək olduğunu hamı bilir. Müqaviləmi uzatdığım üçün fəxr edirəm və dünyanın ən yaxşı liqasında, bu klubun formasında oynamağa davam edəcəyim üçün sevinirəm” – Koulmen mersisaydlıların rəsmi saytına açıqlamasında belə deyib.

“Everton”un kapitanı olan Şeymus ümumilikdə sözügedən komandada 422 rəsmi oyun keçirib və bu oyunlarda 28 qol və 29 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər