Məşhur baş məşqçi 500-ə çatdı
İngiltərə Premyer Liqasının X turunda “Tottenhem”ə 1:2 hesabı ilə uduzduqları oyun “Kristal Pelas”ın baş məşqçisi Roy Hocson üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, 76 yaşlı mütəxəssis bütün turnirlərdə İngiltərə təmsilçiləri ilə 500-cü görüşə çıxıb.
O, daha əvvəl ölkəsində “Bristol Siti”, “Blekbern”, “Fulhem”, “Liverpul”, “Vest Bramviç” və “Uotford”ün sükanı arxasında olub.