Məşhur baş məşqçi istefaya göndərildi
Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” klubunun baş məşqçisi Frank de Bur istefaya göndərilib.
Msport.az xəbər verir ki, buna komandanın əldə etdiyi zəif nəticələr səbəb olub.
İyunda klubla anlaşan 53 yaşlı mütəxəssisin sözləşməsi ləğv edilib.
Komanda onun rəhbərliyi altında cəmi 14 oyun keçirib. “Əl-Cəzirə” bunlardan 6-da qələbə qazanıb, 5 dəfə uduzub, 3 dəfə heç-heçə edib.







