Məşhur baş məşqçi Səudiyyə Ərəbistanı klubundan qovuldu
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Nuni Eşpirito Santu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı baş məşqçinin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Qeyd edək ki, Kərim Benzema, Nqolo Kante, Fabinyo kimi ulduz futbolçuların heyətində yer aldığı “Əl-İttihad” ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə Superkubokunu qazanıb.