featured-image-38678

“Sevilya”nın sabiq futbolçusu Alexandro Qomes dopinqdən istifadə etdiyi üçün 2 illik diskvalifikasiya olunub. Msport.az “Relevo”ya istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi uşağının öskürək üçün siropunu içib.

Qomesin dopinqinin nəticəsi 2022-ci ilin noyabrında məlum olub. Həmin müddət ərzində araşdırma getdiyindən o, DÇ-2022-də iştirak edə bilib.

Onun sözlərinə görə, gecə ağrı hiss edib və klub həkimləri ilə məsləhətləşmədən həmin dərmanı içib.

Xatırladaq ki, “Sevilya” Qomeslə müqaviləni sentyabrın 1-də pozub. Argentinalı oyunçunun müqaviləsi 2023\2024-cü illər mövsümünün sonuna kimi nəzərdə tutulub.

 

 

Bənzər xəbərlər