featured-image-22007

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan 29 yaşında Fransa millisində karyerasını başa vurmağı qərara alıb.

Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, futbolçu bununla bağlı bir neçə həftə götür-qoy edib və sonra qəti qərar verib.

Yazılanlara görə, Varan yığmada fiziki və psixoloji cəhətdən yorulub. Həm də o, ailəsinə daha çox vaxt ayırmaq istəyir. DÇ-2022-nin finalında Argentinaya məğlubiyyət də futbolçunun qərarına təsir göstərib.

Varanın millidən imtina etməsinin səbəblərindən biri də dizindəki ağrılardır. O, fikirləşir ki, belə vəziyyətdə daha çox bərpaya ehtiyac olur. Yığmada çıxış edərkən isə buna vat tapmaq mümkün deyil.

Varan 2013-cü ildən Fransa millisinin formasını geyinir. O, yığmada 93 oyunda meydana çıxıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər