featured-image-40564

Pol Poqba 4 il müddətinə futboldan uzaqlaşdırıla bilər.

Msport.az xəbər verir ki, buna səbəb onun dopinq qəbul etməsidi.

Antidopinq prokurorları 30 yaşlı yarımmüdafiəçinin 4 illik cəzalandırılmasını istəyirlər.

Avqustun 20-də oyunçunun testosteron üçün dopinq testi müsbət nəticə vermişdi. Təkrar test ilkin nəticəni təsdiqləyib. Bu səbəbdən Fransa millisinin üzvü müvəqqəti futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilə qədərdi.

Bənzər xəbərlər