Məşhur futbolçu aşağı liqa klubunda
İspaniyalı futbolçu Santi Kazorla karyerasını peşəkar səviyyədə davam etdirmək qərarına gəlib.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya Sequndasında çıxış edən doğma klubu “Ovyedo” ilə müqaviləsini rəsmən uzadıb. Müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.
Bu hekayənin ən diqqətçəkən cəhəti Kazorlanın Sequndada mümkün olan ən aşağı maaşla “Ovyedo”da oynamasıdır. Klub həm də onun formasının satışından əldə olunan gəlirin 10%-ni akademiyanın inkişafına bağışlayır.
Kazorla “Ovyedo” Akademiyasının məzunudur. Ona ən böyük şöhrəti “Villarreal”, “Arsenal” və “Malaqa”dakı çıxışları gətirib. O, həmçinin İspaniya millisində də 81 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
Ötən mövsüm “Ovyedo” La Liqaya qayıtmağa iddialı olsa da, Sequnda pley-off finalında “Espanyol”a məğlub olub. Kazorla 24 matçda 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, dekabrın 13-də əfsanəvi yarımmüdafiəçinin 40 yaşı tamam olacaq.