featured-image-25875

“Barselona”nın müdafiəçisi Jordi Alba qazandığı ilk pulu nəyə xərclədiyini açıqlayıb. Msport.az “Marca”ya istinadən xəbər verir ki, ulduz futbolçu atası üçün avtomobil aldığını xatırlayıb:

“İlk dəfə 1 milyon avronu “Valensiya”da qazanmışam. Düzünü desəm, buna heç bir əhəmiyyət vermirdim. Əlbəttə, pul önəmlidir, amma bu həyatımda heç də ən vacib şey deyil.

İlk qazancımdan atama maşın aldım. O həftədə dörd dəfə Valensiyaya gəlirdi. Bir dəfə qəzaya düşdü, yük maşınından əşyalar onun avtomobilinə tökülüb əzmişdi.
Sürpriz edib ona “Mercedes” aldım. Bildim ki, desəm, razı olmayacaq. Bunu eşidib ağladı, özünü saxlaya bilmədi”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər