featured-image-49643

Fransanın “Lill” klubunun futbolçusu Nabil Bentaleb infarkt keçirib.

Msport.az xəbər verir ki, bu barədə yerli “Foot National” nəşri məlumat yayıb.

Liqa 1 təmsilçisinin rəsmi saytı əlcəzairli oyunçunun xəstəxanaya yerləşdirildiyini yazsa da, onun səbəbini qeyd etməyib.

Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün yarışlarda 34 oyun keçirib və üç məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində Almaniyada “Şalke 04”, İngiltərədə isə “Nyukasl” və “Tottenhem” klublarının formasını geyinib.

Bənzər xəbərlər