Məşhur futbolçu Kanada yığmasını çalışdıra bilər
“Çelsi”nin sabiq futbolçusu və məşqçisi Frenk Lempard Kanada millisinə rəhbərlik etməyə namizəddir. Msport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Kanada Futbol Federasiyası milli komandanın 2026-cı ildə Şimali Amerikada kemiriləcək dünya çempionatına uğurla hazırlaşdıra biləcək mütəxəssis axtarır.
Hazırda Kanada yığmasını müvəqətti olaraq Mauro Byello çalışdırır.
Xatırladaq ki, Lempardın son iş yeri 2023-cü ilin aprelindən iyuluna kimi çalışdığı “Çelsi” olub. Buna qədər o, “Everton”a da rəhbərlik edib.