featured-image-57101

Meksikanın “Leon” klubunun futbolçusu Andres Quardado karyerasını başa vurub.

Msport.az xəbər verir ki, o, 38 yaşında bu qərarı qəbul edib.

Qeyd edək ki, Andres Quardado karyerası ərzində “Atlas”, “Deportivo”, “Valensiya”, “Bayer”, PSV və “Betis”də çıxış edib. Təcrübəli yarımmüdafiəçi Meksika millisinin heyətində ən çox oyun keçirən futbolçudur. O, yığmada meydana çıxdığı 182 rəsmi matçda 28 qol vurub.

Bənzər xəbərlər