Məşhur futbolçu komadan ayıldı
Ukrayna millisinin və “Dinamo” klubunun sabiq futbolçusu Artem Milevski komadan ayılıb.
Msport.az xəbər verir ki, o, spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Artıq klinikanı tərk edən Milevski səhhətində yaranmış problemdən sonra ilk fotosunu da yayımlayıb.
Fotoda futbolçunun dostu ilə Kiyev operasını ziyarət etdiyi görünür.







