featured-image-38658

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Eduardo Kamavinqa və qardaşı Sebastyao yaxın vaxtlarda Madriddə biznes qurmaq istəyir.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, artıq xüsusi binada abadlıq işləri aparılır və orada “Camavinga House” yazılmış lövhə var.

Mağaza yaxın günlərdə açılmalıdır. Hazırda qardaşların hansı bizneslə məşğul olmaq istədikləri barədə dəqiq məlumat yoxdur. Lakin 20 yaşlı yarımmüdafiəçinin boş vaxtlarında moda dünyasını fəal şəkildə izlədiyi bildirilir.

Bənzər xəbərlər