featured-image-23057

Milli komandamızın üzvü Mahir Emrelinin yeni transfer olduğu “Konyaspor” yaxın vaxtlarda daha bir hücumçunun keçidini həll edə bilər.

Msport.az xəbər verir ki, Türkiyə klubu məşhur braziliyalı futbolçu Aleşandre Pato ilə maraqlanır. Braziliya millisinin 33 yaşlı sabiq oyunçusu hazırda MLS-də “Orlando City” komandasının şərəfini qoruyur.

“Konyaspor”la yanaşı ,”Adana Demirspor”da vaxtilə “Milan” və “Çelsi” kimi klubların formasını geyinmiş oyunçunu heyətinə qatmaq istəyir. Türkiyə mətbuatının yazdığına görə, Patonun səhhətində heç bir problem çıxmasa, Adana təmsilçisi onu transfer etməyə daha yaxın görünür.

AYXAN 

Bənzər xəbərlər