Məşhur futbolçu Putinin qaşığını oğurlayıb
İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand DÇ-2018 zamanı Kremldən Vladimir Putinin çay qaşığını oğurlayıb.
Msport.az xəbər verir ki, bu barədə “Arsenal”ın qadın komandasının sabiq üzvü Aleks Skott “Necə güclü olmayasan” adlı memuarında yazıb:
“FİFA-nın əfsanələri proqramının üzvü kimi mənimlə Ro Ferdinandı Kremlə dəvət etmişdilər. Dünya çempionatını müzakirə eləməyə. Çıxışda Rio məni güldürdü. O, çıxışda ovcunun içini açdı və göstərdi ki, çay qaşığını xatirə olaraq aparır”.
Çay qaşığının görüşdə iştirak edən Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu qeyd edilir.
ANAR ABDULLAYEV







