featured-image-41274

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Emerik Lyaport İspaniyanın “Real” komandasına keçməkdən imtina edib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, “kral-klubu” 29 yaşlı müdafiəçiyə təklif göndərsə də, “yox” cavabı alıb.

Madrid təmsilçisi oyunçunu mövsümün sonunadək icarəyə götürmək niyyətində idi. Lakin “Əl-Nəsr”dən və futbolçudan müsbət cavab ala bilməyib.

Qeyd edək ki, Lyaport 2023-cü ilin avqustunda “Mançester Siti”dən ayrılıb. O, cari mövsüm 20 matçda meydana çıxıb, 1 qol və 1 məhsuldar ilə yadda qalıb.

Bənzər xəbərlər