featured-image-59654

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayr sürücülük vəsiqəsindən məhrum edilib.

Msport.az BBC-yə istinadən xəbər verir ki, buna müdafiəçinin sürət həddini aşması səbəb olub.

Yol hərəkəti qaydasının pozulması kameraya düşüb. Məhkəmə Maquayrı 56 gün sürücülük hüququndan məhrum edib və onu 666 funt sterlinq cərimələyib.

Qeyd edək ki, oyunçu cari mövsüm 17 matçda meydanda olub və 1 qol vurub.

Bənzər xəbərlər