Məşhur futbolçular UEFA-ya müraciət etdilər - İsrailə görə
İsrail komandalarının UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilə bağlı 48 idmançı petisiya imzalayıb.
Msport.az xəbər verir ki, tanınmış atletlər bununla bağlı müraciəti Avropa futbol qurumuna göndəriblər. İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatları ilə bağlı bu ölkənin klublarının cəzalandırılması tələb olunur.
Müraciəti imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Kristal Pelas”ın oyunçusu Şeyk Dukure, “Əl Duhail”də (Qətər) çıxış edən Hakim Ziyeş, Misir millisinin üzvü Semi Morsi və kriket üzrə İngiltərə yığmasının sabiq üzvü Moin Əli də var.
Bundan başqa, İspaniya, Türkiyə, Albaniya, Norveç və Ermənistan Futbol Federasiyaları da İsrail komandalarının Avropa arenasından uzaqlaşdırılmasını tələb edirlər.