featured-image-50733

Çili millisinin futbolçusu Aleksis Sançes karyerasını Fransada davam etdirmək istəyir.

Msport.az “Al Aire Libre” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu “Marsel”ə qayıtmaq niyyətindədir.

İtaliyanın “İnter” klubu ilə vidalaşan forvard bu komanda ilə danışıqlara açıqdır.

Qeyd edək ki, Sançes 2022/2023 mövsümündə “Marsel”də 44 oyunda 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm Milan klubunda 33 matçda 4 qol vurub və 5 asssit edib.

Bənzər xəbərlər