Məşhur idmançı cütlük boşanır
Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger həyat yoldaşı Ana İvanoviçdən boşanır.
Msport.az xəbər verir ki, onlar 9 illik evlilikdən sonra ayrılmaq qərarına gəliblər. Cütlük 2 ay öncə bu fikrə düşüb. Səbəb odur ki, Şvaynştayger işi ilə əlaqədar evdən kənarda çox vaxt keçirir və əsasən Münhendə yaşayır. Serbiyalı veteran tennisçi, dünyanın 1 nömrəli keçmiş raketka ustası İvanoviç isə Belqradda qalır.
Cütlüyün 3 oğlu var – yeddi yaşlı Luka, dörd yaşlı Leon və indi bir yaşında olan Teo.
Qeyd edək ki, Bastian Şvaynştayger Almaniya millisinin heyətində dünya çempionu olub.