Məşhur italiyalı “Sevilya”ya rəhbərlik edə bilər
Antonio Konte “Sevilya”nın baş məşqçisi ola bilər. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi 5 namizədin adını müəyyənləşdirib.
Onların arsında Andoni İraola, Xavi Qarsiya, Marselino Toral, Andre Villaş-Boaş və Konte də var.
“Sevilya” yaxın 24 saat ərzində yeni baş məşqçinin təyinatını rəsmiləşdirmək istəyir.
Qeyd edək ki, 62 yaşlı Xose Luis Mendilibar komandanın uğursuz nəticələri ilə bağlı dünən istefaya göndərilib.