featured-image-40521

Braziliyanın “Santos” komandası tarixində ilk dəfə B seriyasına düşüb.

Msport.az xəbər verir ki, komanda A Seriyasının sonuncu – 38-ci turunda “Fortaleza”ya uduzub – 1:2.

8 qat ölkə çempionu 43 xalla 17-ci olub, 16-cı sıradakı “Baiya”nın 44 xalı var.

“Kruzeyro” ilə heç-heçə (1:1) edən “Palmeyras” A Seriyasında titula sahib çıxıb.

Qeyd edək ki, “Santos” 1961, 1962, 1963, 1964, 1965, 1968, 2002 və 2004-cü ildə Braziliya çempionatının qalibi olub. Komanda 3 dəfə (1962, 1963, 2011) Libertadores Kubokunda qızıl medala sahib çıxıb. Titulların əksəriyyəti Pelenin dövründə qeydə alınıb. Məşhur futbolçu Neymar da məhz bu klubun yetirməsidir.

Bənzər xəbərlər